Bank Of Baku

“NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının perspektivləri: Azərbaycan cəmiyyətinin rəyi və gözləntiləri” mövzusunda dəyirmi masa keçirilib

“NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının perspektivləri: Azərbaycan cəmiyyətinin rəyi və gözləntiləri” mövzusunda dəyirmi masa keçirilib
# 18 iyun 2010 13:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda «NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının (SNT) perspektivləri: Azərbaycan cəmiyyətinin rəyi və gözləntiləri» mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masa Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası (ATMİA) tərəfindən Rumıniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə çıxış edən ATMİA prezidenti Yaşar Cəfərli bildirib ki, Azərbaycan 1994-cü ildən SNT proqramında iştirak edir və ötən müddətdə bu proqram çərçivəsində Silahlı Qüvvələrdə müəyyən tədbirlər həyata keçirilib.

Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureku isə NATO-nun tərəfdaş ölkələrlə əlaqələrindən danışıb. Səfir müasir dövrdə heç bir dövlətin təcrid olunmuş şəkildə öz təhlükəsizliyini təmin edə bilmədiyini deyib: «Bu gün alyans qonşuluğundakı təhlükəsizlik mühitinin olmasına böyük önəm verir. İnanırıq ki, NATO gələcəkdə də öz qonşuları ilə əlaqələri diqqətdə saxlayacaq. Fikrimizcə, gələcək tərəfdaşlıq məsələlərini NATO öz strategiyasına da daxil etməlidir».

Səfir SNT-nin qüvvələrin uyğunluğunun təşkilində güclü alət olduğunu da vurğulayıb.

Dəyirmi masada Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Emin İbrahimov «Tərəfdaşlığın töhvəsi», Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı Nikolaz Qoqitidze «Beynəlxalq təcrübə – Gürcüstan təcrübəsi» mövzularında məruzə ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR