Ötən ay Dövlət Sərhədi Xidməti axtarışda olan 187 nəfəri aşkar edib

Ötən ay Dövlət Sərhədi Xidməti axtarışda olan 187 nəfəri aşkar edib
# 13 fevral 2014 07:38 (UTC +04:00)

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, xidmət tərəfindən 2014-cü ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb, onların 14 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Qana vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarını tərəfindən axtarışda olan 187 nəfər aşkarlanaraq aidiyyətı orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR