Gürcüstan prezidenti beynəlxalq ictimaiyyətə və Rusiyaya müraciət edib

Gürcüstan prezidenti beynəlxalq ictimaiyyətə və Rusiyaya müraciət edib
# 26 fevral 2014 23:09 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident jurnalistlərə açıqlamasında müraciətin tikanlı məftil çəkənlərə qarşı olduğunu deyib. O, qeyd edib ki, bu hərəkət münaqişəni çətinləşdirməyə yönəldilib.

"Mən bu qanunsuz hərəkətlərin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə “Bizimlə birgə çıxış edin” çağırışıyla müraciət edirəm. Bu tədbirlər münaqişəni çətinləşdirməyə yönəldilib. Tikanlı məftillər münaqişəni saxlamaq üçün çəkilir,” Marqvelaşvili bildirib.

Lakin Gürcüstan prezidenti müraciətində Rusiyaya da müraciət edir və xatırladır ki, bu hərəkətlər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır: “Eyni zamanda mən Rusiyaya müraciət etmək istəyirəm. Bu, yenə bir cinayətdir. Bu, yenə beynəlxalq hüquq normalarının pozulmasıdır. Fikirləşirəm ki, tikanlı məftillərin çəkilməsi münaqişənin gərginləşməməsinə yönəldilib, lakin hər kəs münaqişəyə qarşı zaman tapa bilər, prezident qeyd edib.”

Xatırladaq ki, Rusiya Gürcüstanın daxilinə doğru 11 km məsafədə tikanlı məftillər çəkib. Gürcü mətbuatının yazdığına görə, Rusiya Gürcüstanla sərhəddə yenə tikanlı məftil çəkməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR