ARDNŞ neftin ilkin emalı üzrə qurğunu təmirdən sonra istismara verib

ARDNŞ neftin ilkin emalı üzrə qurğunu təmirdən sonra istismara verib
# 12 may 2014 12:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodunun əsas istehsalat obyektlərindən sayılan neftin ilkin emalı üzrə 21 nömrəli ED-AV-6 qurğusu əsaslı təmirdən sonra istismara buraxılıb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, təmir zamanı S-1/1 sobasının nəqliyyat xəttinə qədər olan çıxış xətləri, S-1/2 və S-1/3 sobalarının daxilində radiant hissənin boruları dəyişdirilib, S-1/2 və S-1/3 sobalarından K-2 kolonuna gedən nəqliyyat xətləri və K-2 kolonunun əlaqələndirici xətləri yeniləri ilə əvəz olunub, mövcud vakuumyaradıcı sistemi yenidən qurulub.

Bundan başqa, R-201 reaktorunun daxilində kaskad boşqabların bir neçəsi dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR