Azərbaycan yığması “Top-20”yə düşdü

Azərbaycan yığması “Top-20”yə düşdü
# 10 aprel 2014 13:42 (UTC +04:00)

Bakı – APA. FİFA-nın bu gün açıqlanan reytinq siyahısında ən çox irəliləyən komandalar müəyyənləşib. Apasport.az saytının hesablamalarına görə, ötən ayla müqayisədə 6 pillə sıçrayış edən Azərbaycan yığması da tərəqqiyə nail olanlar sırasındadır.

Belə ki, 91-ci pilləni 85-ciyə dəyişən komandamız inkişafın böyüklüyünə əsasən “Top-20”yə düşüb. Ən çox irəliləyən 20 millidən biri olan yığmamız 13-18-ci yerləri bölən 6 komandadan biridir. Finlandiya, Seneqal, Qətər, Ekvatorial Qvineya və Suriya milliləri də eyni qədər irəli addımlayıb.

Ən çox inkişaf edən isə Şotlandiyadır. Ada təmsilçisi 15 addım irəliləyib. Millimizin AVRO-2016-da rəqiblərindən olan Malta 7 pilləlik irəliləyişlə, 10-12-ci yerlərdədir.

Mayın 27-də Azərbaycanla yoldaşlıq oyunu keçirəcək ABŞ da irəliləyib. Amerikalılar 14-cü pillədən 13-cüyə yüksəlib. Millimizin baş məşqçisi Berti Foqtsun müşavir kimi çalışdığı komandanın hesabında 1015 xal var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR