Cəmil Çiçək sentyabrın 22-də İrana səfər edəcək

Cəmil Çiçək sentyabrın 22-də İrana səfər edəcək
# 16 sentyabr 2013 07:32 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxülislam bildirib.

Onun sözlərinə görə, C. Çiçəyin ikigünlük səfəri zamanı İranın bir sıra dövlət rəsmiləri ilə görüşəcək: “Görüşlərdə regionda baş verən proseslər, ikitərəfli əlaqələrin, eyni zamanda parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və bir sıra vacib məsələlər əsas müzakirə mövzusu olacaq”.

H. Şeyxülislam həmçinin deyib ki, İranın müdafiə naziri, general Hüseyn Dehqanın dəvəti əsasında sentyabrın 16-da Omanın müdafiə naziri Bədr bin Səud yüksək səviyyəli nümayəndə heyəti ilə İrana səfər edəcək: “Omanın müdafiə nazirinin iranlı həmkarı, digər yüksək çinli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Eyni zamanda xarici qonağın proqramında İran Müdafiə Nazirliyinin hərbi sənaye məhsullarının nümayiş etdirildiyi sərgiyə baxış keçirmək var. Səfər çərçivəsində İranla Oman arasında bir sıra əməkdaşlıq memorandumu imzalanacaq”.

Qeyd edək ki, İraq parlamentinin sədri Üsamə əl-Nəcəfi də hazırda İranda səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR