Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni sənədlər təqdim edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni sənədlər təqdim edib
# 27 may 2014 16:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu günlərdə Dövlət Kino-Foto Sənədləri Arxivinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daimi saxlanılmaq məqsədilə 578 saxlama vahidi fotosənəd, 53 saxlama vahidi kino (video) sənəd daxil olub.

Arxivdən APA-ya verilən xəbərə görə, foto-kino sənədlər ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətinə uyğun yerinə yetirilən proqram, layihə və tədbirləri, Dövlət Komitəsinin beynəlxalq sahədə əməkdaşlığını əks etdirir.

Hazırda arxivdə sənədlərin milli arxiv fonduna qəbulu sənədləşdirilir və hər bir sənədin qısa elmi-məlumat bazası hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR