Sabahdan Azərbaycan ərazisində yağıntı kəsiləcək - VİDEO

Sabahdan Azərbaycan ərazisində yağıntı kəsiləcək - <span style="color: red;">VİDEO
# 13 iyun 2014 09:59 (UTC +04:00)

Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacaq, səhər kəsiləcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək. Səhər və gündüz yarımadanın bəzi yerlərində şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da iyunun 14-ü səhər saatlarında yağışın kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR