Azərbaycan prezidenti Norveç kralını təbrik edib

Azərbaycan prezidenti Norveç kralını təbrik edib
# 16 may 2014 15:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haraldı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycanla Norveç arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR