Şirvanda avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan fəhlələrdən biri ölüb

 Şirvanda avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan fəhlələrdən biri ölüb
# 07 oktyabr 2013 08:24 (UTC +04:00)

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Xəstəxanasından məlumat verilib.

Məlumata görə, Şirvan sakini, Xəqani küçəsi-3, mənzil 48 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Məcidov Ramil Rasim oğlu gecə saat 3.00 radələrində xəstəxananın reanimasiya şöbəsində ağ ciyərində yaranmış problem nəticəsində, tənəffüs çatışmazlığından vəfat edib. Qəza baş verəndən sonra onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, dalağı və zədələnmiş bağırsağı rezeksiya olunmuşdu.

Qeyd edək ki, oktyabrın 3-də “Qarasu Oyl” Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan “KAVZ” markalı avtobusun Şirvan ərazisində qəzaya uğraması nəticəsində 17 nəfər neftçi xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Sonradan onlardan 7 nəfəri Bakı şəhərinin müxtəlif xəstəxanalarına köçürülüb.

Faktla bağlı araşdırmalara başlanıb.

İlkin versiyaya görə, qəzaya səbəb köhnə avtobusun əyləc sistemində yaranmış nasazlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR