Jerar Depardye «Ata ürəyi» filmində Əhməd Kadırovun rolunu oynayacaq

Jerar Depardye «Ata ürəyi» filmində Əhməd Kadırovun rolunu oynayacaq
# 16 may 2013 04:52 (UTC +04:00)

Bakı-APA. Bu ilin yanvarında Rusiya vətəndaşlığını almış fransız aktyoru Jerar Depardye 2004-cü ildə öldürülmüş Çeçenistanın keçmiş prezidenti Əhməd Kadırovun rolunu ifa edəcək. APA-nın bildirdiyinə görə, bu barədə Fransanın «Le Monde» qəzeti məlumat yayıb.

«Ata ürəyi» filmi Çeçenistanın iki hərbi münaqişədən sonra bərpa olunmasına həsr ediləcək. Film barədə başqa məlumatlar verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR