Azərbaycanda qətl törədən şəxs Rusiyada yaxalanıb

Azərbaycanda qətl törədən şəxs Rusiyada yaxalanıb
# 02 oktyabr 2013 09:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda qətl törədən şəxs Rusiyada həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Vasif Rüstəmov Rusiya Federasiyasının Perm şəhərində tutulub. Onun ekstradisiyası üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR