Səhiyyə naziri: “Həkimlər təkcə xəstəni müalicə etməklə kifayətlənməməlidir”

Səhiyyə naziri: “Həkimlər təkcə xəstəni müalicə etməklə kifayətlənməməlidir”
# 29 dekabr 2013 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Həkimlərimiz təkcə xəstəni müalicə etməklə kifayətlənməməlidir, həkim həm də psixoloq olmalıdır. Onlar xəstəyə diqqət və qayğı ilə yanaşmalıdır”. APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Tibb Universitetinin, habelə Həkimlərin Təkmilləşmə İnstitutunun üzərinə böyük məsuliyyət düşür. Nazir vurğulayıb ki, bu müəssisələr bacarıqlı həkimlə yanaşı, cəmiyyətə idarəçilik bacarıqları olan vətəndaş yetirməlidirlər.

Nazir sonra kadr hazırlığı haqqında da danışıb: “Kadr islahatları sahəsində böyük inqilabi addımlar atılıb. Bunlar həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu, həkimlərin sertifikasiyası, diplomdan sonrakı təhsil və s. layihələrdir. Bütün bu layihələr bu gün ölkəmizdə tam ixtisaslaşmış mütəxəssisin yetişməsinə imkan yaradır. Vətəndaşlarımız artıq xarici ölkələrə müalicə və yaxud cərrahi əməliyyat üçün müraciət etmirlər. Bunun üçün ölkəmizdə çox güclü bazamız var. Böyük çətinliklə də olsa, rezidentura mərhələsindən sonra həkimlərimizin əvvəllər olduğu kimi, təyinatla müxtəlif tibb müəssisələrinə göndərilməsinə nail olunub. Bu sahədə çətinliklər vardı. Belə ki, Tibb Universitetini bitirən gənclərin əksəriyyəti paytaxtda qalıb işləmək istəyirdi. Bu qərarla da buna son qoymuş olduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR