«Bank of Baku» stimullaşdırıcı lotereyanın ikinci tirajını keçirib

«Bank of Baku» stimullaşdırıcı lotereyanın ikinci tirajını keçirib
# 17 dekabr 2013 08:37 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Bank of Baku» ASC dekabrın 14-də Bankın daimi kredit müştərisi olan «Dostlar Klubu»nun üzvləri üçün stimullaşdırıcı lotereyanın II tirajını keçirib. Lotereyanın oynanılması yerli telekanalın canlı efirində nümayiş etdirilib. Lotereya zamanı «Dostlar Klubu»nun 162 üzvü toplam 6,7 karat brilyant, 473 qram qızıl, 121 ədəd suvenir gümüş sikkə, 12 500 manatlıq kupon, həmçinin bonuslar və endirimli kredit hüququ qazanıblar.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, tiraj zamanı müştərilərin eyniləşdirmə kodu elektron bazadan, Bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçilib.

Qeyd edək ki, Bankın 126 mindən çox müştərisi «Dostlar Klubu»nun üzvüdür. «Dostlar Klubu»na üzv olan müştərilərə xüsusi bonuslar və təcili hallar üçün xüsusi ekspress kredit xətti kimi imtiyazlar təqdim edir. Xüsusi bonuslar mobil danışıq dəqiqələri ilə əvəzlənə bilər, həmçinin kredit üzrə ödəniş komissiyasının ödənilməsinə yönəldilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR