Bu barədə APA-nın Cənub bürosuna Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanov məlumat verib.
Onun sözlərinə görə, İranın gömrük keçid məntəqəsində kompüter sistemində yaranmış nasazlıq səbəbindən piyadaların Azərbaycan tərəfinə keçməsində qısamüddətli fasilə yaranmışdı. Artıq həmin problem həllini tapıb və vətəndaşlar maneəsiz hər iki tərəfə keçə bilirlər.
Azərbaycan-İran sərhəd keçid məntəqəsində yaranmış problem aradan qaldırılıb
06 yanvar 2014 10:25 (UTC +04:00)