Somalinin paytaxtında terror aktları törədilib, 11 nəfər ölüb - VİDEO

Somalinin paytaxtında terror aktları törədilib, 11 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 02 yanvar 2014 10:42 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. 20 ildən çoxdur ki, vətəndaş müharibəsi şəraitində olan Somalinin paytaxtı Moqadişuda terror aktları törədilib.

APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, paytaxtın ən çox mühafizə olunan ərazisində yerləşən “Jazeera” mehmanxanası yaxınlığında terrorçular üç partlayış törədiblər. Hadisə nəticəsində ən azı 11 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Hadisə şahidlərin sözlərinə görə, ilk iki partlayışdan sonra Somali təhlükəsizlik qüvvələri ilə mehmanxanaya hücum edən terrorçular arasında atışma baş verib, sonradan isə üçüncü bomba işə salınıb. Polisin məlumatına görə, ilk iki partlayış kamikadzelər tərəfindən törədilib.

Terror aktlara görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməsə də, ehtimal olunur ki, partlayışları ölkədə fəaliyyət göstərən və “Əl-Qaidə” terror təşkilatı ilə bağlı olan “Əş-Şəbab” qruplaşma törədib.

Somali baş naziri Abdiveli Şeyx Əhməd bildirib ki, 2014-cü ildə Somalinin təhlükəsizlik orqanları gücləndiriləcək və ölkədə ekstremizmin kökü kəsiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR