Bu ay dərmandan allergik reaksiyalarla bağlı 21 nəfər zəhərlənib

Bu ay dərmandan allergik reaksiyalarla bağlı 21 nəfər zəhərlənib
# 14 fevral 2014 11:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin fevral ayı ərzində Azərbaycanda dərmandan allergik reaksiyalar nəticəsində 21 nəfər zəhərlənib. Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 8 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə ilkin tibbi yardım göstərilib. Onun sözlərinə görə, dərmandan allergik reaksiyalardan zəhərlənmə Bakının müxtəlif rayonlarında qeydə alınıb: “Fevralda spirtli içkilərdən zəhərlənmə ilə bağlı mərkəzə 14 müraciət daxil olub. Onların hər biri xəstəxanaya yerləşdirilib və ilkin yardım göstərildikdən sonra 1-2 sutka ərzində evə buraxılıblar”.

Baş toksikoloq bu ay sirkə turşusundan zəhərlənənlərin də sayını açıqlayıb. Onun sözlərinə görə, fevralda sirkə turşusundan yalnız 1 nəfər zəhərlənib və o da hələki xəstəxanada müalicə alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR