Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib
# 11 mart 2014 14:00 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin təlim-məşq toplanışı və mayın 27-də ABŞ-la səfərdə yoxlama oyunu keçirməsi 4 turun vaxtının dəyişdirilməsinə səbəb olub.

Belə ki, Peşəkar Futbol Liqası 2013/14 mövsümünün son 4 turunun vaxtını dəyişib. Bu 4 turun bütün oyunları eyni gündə keçiriləcək. XXXIII tur mayın 2-də, XXXIV tur 7-də, XXXV tur 12-də, XXXVI tur isə 17-də baş tutacaq.

Bundan başqa, Azərbaycan kubokunun final oyununun da tarixi müəyyənləşib. Həlledici qarşılaşma mayın 22-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR