Təhsil idarəsi: Şagird qəbulunda vətəndaşların incidilməsi təhsil sistemi barədə xoşagəlməz rəy yaranmasına şərait yaradır

Təhsil idarəsi: Şagird qəbulunda vətəndaşların incidilməsi təhsil sistemi barədə xoşagəlməz rəy yaranmasına şərait yaradır
# 10 sentyabr 2013 10:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.

Müdir əvəzi bildirib ki, son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2012/2013-cü dərs ilində I sinfə 36431 nəfər şagirdin qəbul olunduğunu deyən M.Bayramov qeyd edib ki, 2013/2014-cü dərs ilində də I siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir. Müdir əvəzinin sözlərinə görə, bu il I sinfə qəbul üçün bu vaxta kimi 35 min şagird sənəd verib və hazırda da proses davam edir. Yekun say isə məktəblərdə dərslər başlayanda məlum olacaq: “Şagirdlərin I sinfə qəbulu ilə bağlı bir vacib məsələni də sizin diqqətinizə çatdırmaq istərdim. İstər Nazirliyə, istərsə də idarəyə I sinfə şagird qəbulu ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlərdə müsabiqə şərtləri, məktəbdə artıq yerin olmaması və sairə səbəblərin əsas gətirilərək vətəndaşların incidildiyi deyilir. Bu da təhsil sistemi barədə xoşagəlməz fikirlərin yaranmasına şərait yaradır. Belə xoşagəlməz halların qarşısının alınması üçün hesab edirik ki, ilk növbədə I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır. Yalnız mikroərazilər üzrə şagird qəbulu başa çatdıqdan sonra digər vətəndaşların müraciətlərinə baxmaq olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR