İsrail hakimiyyəti daha bir qrup fələstinli məhbusların azadlığa buraxılmasını qərara alıb

İsrail hakimiyyəti daha bir qrup fələstinli məhbusların azadlığa buraxılmasını qərara alıb
# 29 dekabr 2013 04:42 (UTC +04:00)

Bakı-APA. İsrailin hökumət komissiyası 26 fələstinli məhbusların azadlığa buraxılmasına dair qərarı təsdiqləyib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş nazirinin dəftərxanasının yaydığı rəsmi açıqlamasında bildirilir.

Sənəddə qeyd olunur ki, azadlığa çıxacaq fələstinlilərin hamısı İsrail həbsxanalarında 18-28 il cəza çəkib. Komissiya fələstinli məhbusların üçüncü qrupunun azadlığa buraxılmasına dair qərarı dekabrın 28-i gecə saatlarında təsdiqləyib.

Fələstinli məhbusların dekabrın 30-da azadlığa buraxılacağı gözlənilir.

Qeyd edək ki, İsrail tərəfi 4 mərhələdə, ümumilikdə, 104 fələstinlini azad edəcəyini bəyan etmişdi.

Xatırladaq ki, 26 fələstinlidən ibarət məhbusların birinci qrupu avqustun ortalarında, ikinci qrupu isə oktyabrın sonlarında zadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR