Azərbaycan parlamenti ekologiya ilə bağlı qanunverciliyə dəyişikliklər etməyə hazırlaşır

Azərbaycan parlamenti ekologiya ilə bağlı qanunverciliyə dəyişikliklər etməyə hazırlaşır
# 19 sentyabr 2013 10:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Milli Məclisinin Aqrar siyasət Komitəsi 2013-cü ilin payız sessiyası ərzində üç qanun layihəsini müzakirə etməyi planlaşdırır.

«APA-Economics»in məlumatına görə, bu ilin noyabr ayında «Balıqçılıq haqqında» qanuna dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması nəzərdə tutulub.

Dekabr ayında isə daha iki qanun layihəsi deputatların səsverməsinə veriləcək. Bu, «Yaşıllıqların mühafizəsi haqqında» və «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» qanuna dəyişikliklərin edilməsi haqqında qanun layihələridir.

Qeyd edək ki, hər üç sənəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunub.

Bundan başqa, payız sessiyası ərzində bir sıra digər qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR