Bakı. Şamil Əlibəyli – APA. Ukrayna prezidenti Viktor Yanukoviç Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.
Ukrayna prezidentinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ukraynada yaranmış böhrandan dialoq vasitəsi ilə çıxış yollarının axtarılması, zorakı və ekstremist hərəkətlərdən vaz keçməsi, habelə insan haqlarının qorunması məsələsi müzakirə olunub.
V.Yanukoviç Avropa Birliyinin və Avropa Şurasının Ukraynada yaranmış vəziyyətdən çıxış yollarının axtarılması istiqamətində səylərini yüksək qiymətləndirib.
Görüşdə həmçinin proseslərə obyektiv qiymət verilməsinin vacibliyi vurğulanıb.