Ötən ay 14 çoxmərtəbəli binaya qaz verilib

Ötən ay 14 çoxmərtəbəli binaya qaz verilib
# 06 fevral 2014 14:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi bu ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 14 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 1 611 mənzil var.

Xatırladaq ki, «Azəriqaz» İB 2013-cü ildə 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR