Azərbaycan və ABŞ Müdafiə nazirlikləri arasında imzalanmış sazişin müddəti uzadılır

Azərbaycan və ABŞ Müdafiə nazirlikləri arasında imzalanmış sazişin müddəti uzadılır
# 18 dekabr 2013 15:29 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, komitə sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov sənəd barədə məlumat verib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə” sənəd faktiki olaraq 10 il əvvəl imzalanmış sazişin müddətinin daha beş il uzadılmasını nəzərdə tutur.

Bu sazişin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasını vacib sayıblar.

Layihə MM-in plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR