Marneulidəki İmam Əli məscidində Məhərrəm ayı ilə bağlı tədbir keçirilib

Marneulidəki İmam Əli məscidində Məhərrəm ayı ilə bağlı tədbir keçirilib
# 13 noyabr 2013 08:09 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanın Marneuli rayonundakı İmam Əli məscidində Məhərrəm ayı ilə əlaqədar tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, Gürcüstanın Evanqelist-Babtist kilsəsinin baş yepiskopu Malxaz Sonğulaşvili, Gürcüstanda Gürcü Müsəlmanları İdarəsinin rəhbəri, Acarıstan üzrə QMİ-nin nümayəndəsi, müfti Kamal Tsesxladze, QMİ-nin Gürcüstan nümayəndəsinin müavini Hacı Eyvaz Mərdanov və bölgələrdən gələn dindarlar çıxış ediblər. QMİ nümayəndəsi Hacı Əli Əliyev çıxışında Gürcüstanda yaşayan bütün qeyri-müsəlman din nümayəndələri ilə bu ölkədə yaşayan müsəlmanların qardaş olduğunu və bu gün də onların arasındakı mehriban münasibətlərin bütün dünyaya nümunə olduğunu bildirib: “Biz qardaşıq və bir-birimizin yarısıyıq. İmam Hüseyn təkcə biz müsəlmanların deyil, bütün insanlığın nümaunəsidir”.

Gürcüstanın Evanqelist-Babtist kilsəsinin baş yepiskopu Malxaz Sonğulaşvili İmam Hüseyn hər kəsə haqsızlığa baş əyməmək məktəbi qoyub: “Biz hamımız bir Allaha ibadət edirik, hamımız Adəm övladlarıyıq. Hamımız yaxşı yaşamalıyıq.”

Acarıstandan gələn müfti Kamal Tsesxladze çıxışında bütün müsəlmanları birliyə çağırıb: “Bu gün biz bir olmalıyıq. Bunu bizə həzrət İmam Hüseyn öyrədib. Bu gün Tiflisdəki Cümə məscidi bu birliyə nümunədir. Bu məsciddə bütün məzhəblərin nümayəndələri bir yerdə namaz qılır, Allaha dua edirlər.

Sonra məsciddə namaz qılınıb, dualar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR