ABŞ və G7 ölkələri Rusiya prezidentini Ukrayna ilə sərhədi bağlamağa çağırır

ABŞ və G7 ölkələri Rusiya prezidentini Ukrayna ilə sərhədi bağlamağa çağırır
# 10 iyun 2014 13:21 (UTC +04:00)

Məqsəd silahların və silahlı şəxslərin Ukrayna ərazisinə keçməsinin qarşısını almaqdır.

APA-nın məlumatına görə, bunu Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib.

O qeyd edib ki, G7 ölkələri bu çətin şəraitdə Putini həm də Ukrayna hökuməti ilə əməkdaşlıq etməyə çağırır.

Rusiyanın Ukraynadakı böhranın həlli ilə bağlı niyyətlərinə gəldikdə isə V.Nuland bildirib ki, bunu Moskvanın atacağı addımları göstərəcək.

“Biz real addımlara qiymət verəcəyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR