Lənkəranda yaşayış evi yanıb

Lənkəranda yaşayış evi yanıb
# 29 iyul 2013 16:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Lənkəran rayonunun Liman qəsəbəsində ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 140 kv. metr olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və mətbəx əşyaları 20 kv. metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR