İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub
# 30 mart 2014 16:09 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Vərzəqan şəhərində olub.

Zəlzələ 4.1 bal gücündə, yerin 6 km dərinliyində olub. Təbii fəlakət Vərzəqandan 21 km, Əhərdən 23 km və Herisdən 29 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR