Kiyevdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub

Kiyevdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub
# 16 aprel 2014 12:30 (UTC +04:00)

Bakı - APA. Ukrayna paytaxtı Kiyevdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkənin ən böyük özəl ali məktəblərinin birində - “Avropa Universiteti”ndə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.

Tədbir “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və "Avropa Universiteti"nin rektoru İvan Timoşenko tədbir iştirakçılarını salamlayaraq, yeni mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Daha sonra tədbirdə “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun sədri Hikmət Cavadov, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini İsgəndər Zamanov elm və təhsil sahəsində Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işində göstərdiyi xidmətlərə görə "Avropa Universitetin"nin fəxri fərmanları ilə tərtif edilib. Kiyev milli aviasiya universitetinin professoru, hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev mədəniyyət mərkəzinə öz kitablarını hədiyyə edib.

Mərasim "Mədəniyyət körpüləri birləşdirir" adlı konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR