Çexiyalı müşahidəçilər: “Seçkilər demokratik keçirildi” - FOTO

Çexiyalı müşahidəçilər: “Seçkilər demokratik keçirildi” - <span style="color: red;">FOTO
# 09 oktyabr 2013 17:00 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Azərbaycanda prezident seçkilərini izləyən Çexiya Senatının nümayəndə heyəti mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, nümayəndə heyətinin rəhbəri Yaroslav Palas deyib ki, seçkilər çox yaxşı təşkil olunub: “Sülh şəraitində və şəffaf şəkildə azad və ədalətli seçki prinsiplərinə uyğun keçirildi”.

Y.Palas ümid etdiyini bildirib ki, seçkilərin nəticələri Azərbaycanda demokratiyanın inkişafına daha da təkan verəcək.

Nümayəndə heyətinin üzvü Voitex Filip də seçkilərin yaxşı təşkil olunduğunu xatırladıb. O, seçkilərin demokratik keçirildiyini bildirdib: “Mən bu gün yüzdən çox insanla danışdım. Düşünürəm ki, Azərbaycan prezidentini artıq təbrik etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR