Azərbaycanda mənfəətlə işləyən bankların sayı azalıb

Azərbaycanda mənfəətlə işləyən bankların sayı azalıb
# 14 aprel 2014 10:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda mənfəətlə işləyən bankların sayında azalma müşahidə olunur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, martın 1-nə ölkədə mənfəətlə işləyən bankların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 ədəd azalaraq 34 təşkil edib.

Fevral ayını ölkədə fəaliyyət göstərən 43 bankdan 34-ü mənfəət, 9-u isə zərərlə başa vurub. 34 bankın əldə etdiyi cəmi mənfəət 155,55 mln. manat təşkil etdiyi halda, 9 bankın məcmu zərəri 26,43 mln. manata çatıb. Beləliklə, bank sisteminin cəmi mənfəəti 89,12 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisə də 44,4% və ya 27,42 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR