ETTELAAT: Son bir ayda İranda 30 “Əl-Qaidə” üzvü həbs edilib

ETTELAAT: Son bir ayda İranda 30 “Əl-Qaidə” üzvü həbs edilib
# 14 iyun 2014 13:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Son bir ayda İranın müxtəlif bölgələrində “Əl-Qaidə” terror təşkilatına bağlı 30 nəfər həbs edilib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran informasiya, təhlükəsizlik və kəşfiyyat nazirinin (ETTELAAT) müavini Əli Xəzai bildirib.

Onun sözlərinə görə, ETTELAAT ABŞ-da 2001-ci il 11 sentyabr hadisəsindən sonra davamlı olaraq “Əl-Qaidə” terror təşkilatı ilə yaxından maraqlanır: “Terrorçu qruplaşmalar hüseyniyyələr başda olmaqla dini ziyarətgahları hədəf almaq üçün heç bir hərəkətdən çəkinmirlər”.

Ə. Xəzai “İraq-Şam İslam Dövləti” (İŞİD) və digər terrorçu qruplaşmaların İraq və başqa ölkələrdəki cinayətlərinə də toxunaraq onların ABŞ və İsrail tərəfindən dəstəkləndiyini söyləyib: “İŞİD və təkfirçi qrupların yalnız şiələrlə deyil, sünnilərlə də problemləri və düşmənçilikləri var. Bunun da ən bariz nümunəsini onların Mosuldakı son cinayətlərində görmək mümkündür. Şiə və sünnilərdən yaradılacaq böyük bir cəbhənin vəhhabi, sələfi, təkfirçi və terrorçu qruplaşmalara qarşı mübarizəsi zəruridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR