Cenevrədə İran, ABŞ və Avropa Birliyinin rəsmiləri arasında nüvə müzakirələrinin ilk günü nəticəsiz başa çatıb

Cenevrədə İran, ABŞ və Avropa Birliyinin rəsmiləri arasında nüvə müzakirələrinin ilk günü nəticəsiz başa çatıb
# 10 yanvar 2014 11:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün Cenevrədə İran, ABŞ və Avropa Birliyinin rəsmiləri arasında üçtərəfli görüş keçirilib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Cenevrə razılaşmasının icrası ilə bağlı qalan texniki məsələlər barəsində danışıqlar aparılıb, həmçinin birgə fəaliyyət planının icraya yönəlməsi ətrafında fikir mübadiləsi aparılıb.

Hazırda tərəflər arasında siyasi səviyyədə həll olunmalı olan 2 və ya 3 məsələ qalıb. Eyni zamanda İranın xarici işlər nazirinin beynəlxalq və siyasi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt və ABŞ dövlət katibinin müavini Vendi Şerman arasında ikitərəfli görüşlər də keçirilib. Ancaq görüşlərdə heç bir nəticə əldə olunmayıb. Tərəflər arasında müzakirələr bu gün də davam etdiriləcək.

Qeyd edək ki, A.Əraqçını İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad müşayiət edir. İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq birgə fəaliyyət planının yanvarın 20-dən icraya yönəlməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR