Könül Quliyeva Ümid Partiyasından istefasının bəzi səbəblərini açıqlayıb

Könül Quliyeva Ümid Partiyasından istefasının bəzi səbəblərini açıqlayıb
# 12 iyun 2014 10:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Ümid Partiyasının sədr müavini Könül Quliyeva partiyadan istefasının bəzi səbəblərini açıqlayıb.

K.Quliyeva APA-ya bildirib ki, istefasına səbəb siyasi mövqe və partiya sədri İqbal Ağazadənin atdığı müəyyən addımlar olub.

Onun sözlərinə görə, İ.Ağazadə ilə aralarında şəxsi müstəvidə ciddi problem olmayıb: “Siyasi deyil, məhz şəxsi baxımdan İqbal Ağazadə ilə aramızda istefa verdiyim günə qədər heç bir problem olmayıb. Bunu şəxsi problemlərlə əlaqələndirmək lazım deyil. Partiyadan istefa verdikdən sonra da İqbal Ağazadə ilə heç bir görüşüm olmayıb. Ümid Partiyası mənim üçün artıq keçmişdə qalıb”.

K.Quliyeva istefasının digər səbəblərini gələcəkdə açıqlayacağını qeyd edib: “Hələ ki, müəyyən prosesin baş verməsini gözləyirəm. Bundan sonra danışacağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR