Lerik rayonunun 120 yaşayış məntəqəsi işıqsız qalıb

Lerik rayonunun 120 yaşayış məntəqəsi işıqsız qalıb
# 30 mart 2014 18:54 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Martın 30-da səhər saatlrından başlayan güclü külək Lerik rayonunda yenidən bir sıra fəsadlar yaradıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, külək 100-dən çox elektrik dirəyini aşırıb, 10 min metrdən çox elektrik naqilini sıradan çıxarıb. Bunun da nəticəsində rayonun 162 yaşayış məntəqəsindən 120-i işıqsız qalıb.

H.Məlikovun sözlərinə görə, “AZENKO” ASC tərəfindən rayona 40-dək elektrik dirəyi gətirilib və hazırda qəza briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Bununla belə günorta saatlarından yağmağa başlayan intensiv qar işin gedişini çətinləşdirib. Belə ki, rayon mərkəzində 20, ucqar ərazilərdə isə 25-30 santimetr qalınlığında qarın yağdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR