İyunun 20-də Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

İyunun 20-də Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
# 18 iyun 2014 13:59 (UTC +04:00)

Bakı-APA. İyunun 20-də Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək.

APA-nın MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq sazişi layihəsi müzakirə olunacaq.

İclasda həmçinin iqtisadi əməkdaşlıq sahəsində MDB-nin gələcək inkişafı konsepsiyasının reallaşmasına dair tədbirlər planının icrası nəzərdən keçiriləcək, neft bazarlarında rəqabət mühiti barədə geniş hesabat təqdim olunacaq.

Toplantı iştirakçıları MDB ölkələrinin vergi xidmətlərinin banklar, miqrasiya xidmətləri və hüquq-mühafizə orqanları ilə tərəfdaşlığı ilə bağlı məlumatları da dinləyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR