AMEA Mərkəzi Elmi Kitabxanasında Rusiya Elmlər Akademiyasından daxil olan elmi jurnalların sərgisi keçirilib - FOTO

AMEA Mərkəzi Elmi Kitabxanasında Rusiya Elmlər Akademiyasından daxil olan elmi jurnalların sərgisi keçirilib - <span style="color: red;">FOTO
# 13 iyun 2014 16:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri üzrə Kitabxanasından yeni daxil olan 154 adda, 1700-dən çox elmi jurnalların sərgisi keçirilib.

Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, sərgidə kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova bildirib ki, bu jurnallar bir çox elm sahəsini əhatə edir.

Onun sözlərinə görə, bu jurnallarda Azərbaycan alimlərinin də 200-ə yaxın elmi məqaləsi nəşr olunub: “Həmin məqalələr Mərkəzi Elmi Kitabxananın Azərbaycanşünaslıq şöbəsinin biblioqrafları tərəfindən “Azərbaycanda elm və mədəniyyət” adlı elektron kartotekada və Azərbaycanşünaslıq elektron informasiya mərkəzinin müvafiq məlumat bazalarına daxil edilib. 2012-2013-cü illəri əhatə edən jurnallarda fizika-riyaziyyat, kimya, Yer elmləri, biologiya, ictimai-humanitar elmlər, texniki, tibb, fəlsəfə və s. elm sahələri üzrə yüzlərlə elmi araşdırmalar dərc olunub”.

Qeyd edək ki, sərgi 10 gün müddətində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR