“Unibank” SMS-bankçılıq xidmətini genişləndirir

“Unibank” SMS-bankçılıq xidmətini genişləndirir
# 11 iyun 2014 08:21 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank”ın SMS-bankçılıq xidməti müştərilərin 1 SMS-lə bank hesabında istənilən əməliyyatı həyata keçirməyə imkan yaradıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın müştəriləri internetə çıxış və ya üzərində internet kartı olmadıqda belə, günün istənilən vaxtı bank hesabları haqqında məlumat əldə edə bilər.

Müştərilər öz mobil nömrələrindən SMS göndərərək, kartlarının balansını öyrənə, kartlarını bloklaşdırıb və blokdan azad edə, SMS–bankçılıq xidmətinə qoşulan nömrələrini dəyişə və digər xidmətlərdən faydalana bilər.

Xidmət həftənin 7 günü, günün 24 saatı xidmət göstərir. Sistemə qoşulma pulsuzdur. SMS-bankçılıq xidmətini aktiv etmək üçün banka gəlməyə ehtiyac yoxdur, çünki müştərinin bankdan götürdüyü bütün kredit kartları avtomatik olaraq SMS-bank xidmətinə qoşulur. Xidmətdən istifadə üçün bank tərəfindən heç bir komissiya haqqı tutulmur və bütün mobil operatorlardan SMS-bank xidmətinə qoşulmaq mümkündür.

Xidmətinin müştəriyə verdiyi bütün imkanlarla bu linkdə (http://www.unibank.az/az/private-clients/sms-banking/) tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR