Azərbaycan prezidenti koreyalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti koreyalı həmkarına başsağlığı verib
# 18 aprel 2014 13:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti xanım Pak Kın Heyə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:

“Hörmətli xanım prezident, “Sevol” bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR