Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün tələblərini açıqlayıb

Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün tələblərini açıqlayıb
# 07 dekabr 2013 17:46 (UTC +04:00)

Bu tələblər – hökumətin istefası, noyabrın 30-da mitinqin güc tətbiq etməklə dağıdılmasında təqsirkar olanların məsuliyyətə cəlb olunması və Müstəqillik meydanında saxlanılan aksiya iştirakçılarının azadlığa buraxılmasıdır. APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumatına görə, bunu bu gün Ukrayna parlamentindəki “Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk bəyan edib.

Onun sözlərinə görə, bu tələbləri tək müxalifət yox, milyonlarla ukraynalı irəli sürür.

Onun sözlərinə görə, bundan sonra siyasi danışıqlar proseduru başlanmalıdır. “İlk öncə yeni texniki hökumət formalaşdırılmalıdır. İkincisi – AB ilə assosiasiya haqqında sazişin imzalanmasını və BVF-dən maliyyə yardımının alınmasını da nəzərdə tutan hökumətin fəaliyyət proqramı müəyyən edilməlidir. Üçüncüsü – Konstitusiyaya dəyişikliklər edilməklə vaxtından əvvəl prezident və parlament seçkiləri keçirilməlidir”, deyə Arseniy Yatsenyuk bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR