Qohumunu qətlə yetirən şəxsə hökm oxunub

Qohumunu qətlə yetirən şəxsə hökm oxunub
# 13 yanvar 2014 14:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu qətlə yetirən İlqar Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Maştağa qəsəbə sakini 29 yaşlı İlqar Quliyev 57 yaşlı Nazim Məlikovu bıçaqlayaraq qətlə yetirib.

Məlumata görə, Nazim Məlikov İ. Quliyevin bacısının qayınatasıdır. Hadisənin baş verməsinə isə İlqarın bacısının körpə uşağını götürərək evdən getməsi səbəb olub. Bacısından xəbər tutmayan İlqar günahkar kürəkəni bilib və onu öldürmək fikrinə düşüb. Onların evinə gələn İlqarın qarşısına isə bacısının qayınatası çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR