Beynəlxalq axtarışa verilən daha bir Azərbaycan vətəndaşının Əfqanıstanda öldürüldüyü məlum olub

Beynəlxalq axtarışa verilən daha bir Azərbaycan vətəndaşının Əfqanıstanda öldürüldüyü məlum olub
# 12 fevral 2014 15:52 (UTC +04:00)

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Füzuli rayon sakini, 39 yaşlı Müşfiq Bayramov koalisiya qüvvələri tərəfindən öldürülüb.

M. Bayramovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib.

İnterpolun saytındakı məlumata görə, M. Bayramov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Qeyd edək ki, APA bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar - Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayıb.

Onlar da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR