Ötən ay İrandan silahlı qrupun Azərbaycana keçməsinin qarşısı alınıb

Ötən ay İrandan silahlı qrupun Azərbaycana keçməsinin qarşısı alınıb
# 13 fevral 2014 08:23 (UTC +04:00)

Qurumun mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, yanvarın 5-də saat 20.00 radələrində Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 4 nəfərdən ibarət silahlı qaçaqmalçı qrup İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərib.

Sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı silah tətbiq olunub. Sərhədçilərin qətiyyətli hərəkətləri nəticəsində silahlı basqın dəf olunub, sərhəd pozucuları geri qaçmağa məcbur edilib. Hadisə yerinə baxış zamanı ərazidə 4 kiloqram tiryək və 1 kiloqram heroin aşkar olunaraq götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 54 halda ümumi dəyəri təqribən 368 min manat olan qaçaqmal, o cümlədən AKM üçün 1 ədəd daraq , 1 ədəd pnevmatik tapança, 8 ədəd 7.62 millimetrlik patron, 10 ədəd 16 millimetrlik patron, 0.3 kiloqram barıt, 126 ədəd daraq, 126 ədəd patron çantası, 6832 ədəd pirotexniki vasitə, 1 ədəd kater, 1 ədəd qayıq, 232 ədəd mobil telefon, 35770 qutu siqaret, 2500 litr dizel yanacağı, 11 baş iri buynuzlu qaramal, müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR