DGK əməkdaşları Heydər Əliyev Mərkəzində olublar - FOTO

DGK əməkdaşları Heydər Əliyev Mərkəzində olublar - <span style="color: red;">FOTO
# 10 dekabr 2013 11:53 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Heydər Əliyev Mərkəzində olublar.

DGK mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ziyarətə gələn gömrük əməkdaşlarına Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilərək bildirilib ki, mərkəz Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.

Həmçinin mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu mərkəz artıq dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq da qonaqlarda böyük maraq doğurub. İlk olaraq gömrük əməkdaşları muzeydə 1969-cu ildən 2003-cü ilədək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Sonra diqqətə çatdırılıb ki, muzey Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə Heydər Əliyevin həyat yolu maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Muzeyin "Şəkillərə həkk olunan ömür", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz" bölmələrində ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Bildirilib ki, muzeyin ən maraqlı bölmələrindən biri də Heydər Əliyevin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və ona təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Heydər Əliyevin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

DGK əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR