Misir Rusiyadan 3 milyard dollarlıq silah alacaq

Misir Rusiyadan 3 milyard dollarlıq silah alacaq
# 14 fevral 2014 09:21 (UTC +04:00)

Bakı – APA. Misir Rusiyadan 3 milyard dollarlıq silah və hərbi texnika alacaq.

APA-nın “Vedomosti” nəşrinə istinadən verdiyi məlumata görə, Misir Rusiyadan MiQ-29/M2 qırıcıları, müxtəlif növ zenit-raket kompleksləri, Mi-35 hərbi helikopterləri, gəmi əleyhinə kompleksləri, müxtəlif döyüş sursatları və atıcı silahları alacaq.

Müvafiq sənədin artıq ekspertlər səviyyəsində razılaşdırıldığı bildirilir.

Qeyri-rəsmi məlumata görə, Misirin Rusiyadan silah tədarükünü Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri maliyyələşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR