Cenevrədə İran və İsveçrə xarici işlər nazirlərinin görüşü keçirilib

Cenevrədə İran və İsveçrə xarici işlər nazirlərinin görüşü keçirilib
# 16 oktyabr 2013 23:56 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif oktyabrın 16-da Cenevrədə isveçrəli həmkarı Didier Burkhalterlə görüşüb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə M. Zərif İranla “altılıq” ölkələri arasında keçirilmiş nüvə müzakirələri barədə isveçrəli həmkarına məlumat verib.

Görüşdə həmçinin İranın nüvə məsələsinin diplomatik yolla həllinin zəruri olduğu bildirilib. Görüşdə İranla İsveçrə arasında ikitərəfli əlaqələrin genişləndirilməsi də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR