Avropa Komissiyasının sədri ADA Universitetində mühazirə oxuyub - FOTOSESSİYA

Avropa Komissiyasının sədri ADA Universitetində mühazirə oxuyub - <span style="color: red;">FOTOSESSİYA
# 14 iyun 2014 15:01 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edib. Görüşdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, Azərbaycan hazırda Avropa Birliyi ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. O, təhsil, elm, ticarət və enerji sahələrində uğurlu layihələrin olduğunu diqqətə çatdırıb. H.Paşayev deyib ki, Azərbaycan Avropa Birliyi ilə münasibətlərini daim inkişaf etdirmək və yeni layihələr həyata keçirməkdə maraqlıdır. J.M.Barrozu isə bildirib ki, Azərbaycanda böyük irəliləyişlər baş verir. O qeyd edib ki, səfəri çərçivəsində Azərbaycan və Avropa Birliyi arasında təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməklə bağlı razılıq əldə olunub. J.M.Barrozu bildirib ki, ADA Universiteti nümunəvi təhsil ocaqlarından biri kimi bu istiqamətdə böyük rol oynaya bilər. Azərbaycanın reallaşdırdığı enerji layihələrindən danışan J.M.Barrozu Cənub qaz dəhlizinin reallaşdırılmasının birgə prioritetlərdən olduğunu deyib: “Bu layihənin həyata keçirilməsi Avropa Birliyinin Azərbaycanın enerji resurslarına çıxışını təmin edəcək. Eyni zamanda bu layihə Avropa Birliyi ilə Azərbaycan arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək, 30 min yeni iş yerinin açılmasına şərait yaradacaq”.

J.M.Barrozu həmçinin qeyd edib ki, Cənub qaz dəhlizi həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyini təmininə töhfə olacaq. Avropa Komissiyasının sədri bildirib ki, Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi istiqamətində işlər aparılıb. O qeyd edib ki, bu sahədə irəliləyişlərin olması ünsiyyəti və əlaqələri daha da asanlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR