Paytaxtda "VAZ" markalı minik avtomobili yanıb

Paytaxtda "VAZ" markalı minik avtomobili yanıb
# 10 yanvar 2014 04:14 (UTC +04:00)

Bakı-APA. Paytaxtda ötən gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobildə baş verib. Nəticədə, avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR