Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov Parisdə dəfn olunub - FOTOSESSİYA

Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov Parisdə dəfn olunub   - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyul 2013 16:44 (UTC +04:00)

APA-nın Avropa bürosunun xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Azərbaycanın Fransadakı səfirliyinin, Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

Azərbaycan hökuməti və xalqı adından mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mərhumun ailə üzvlərinə başsağlığı veriblər. Mərhumun məzarı üzərinə Azərbaycan prezidenti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycan Rəssamlar İttifaqı adından əklillər qoyulub.

Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, 83 yaşlı Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də vəfat edib. Mərhumun ikinci həyat yoldaşı onun Fransada dəfn edilməsini istəyib. Lakin T.Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Qərardan verilən apellyasiya şikayəti isə təmin olunmayıb.

Xatırladaq ki, Passi məzarlığının əsası 1820-ci ildə qoyulub, bu məzarlıq Parisin mərkəzində, Sena çayının sağ sahilində, Yelisey meydanında yerləşir. Burada tanınmış siyasətçilər, mədəniyyət xadimləri, o cümlədən tanınmış rəssam Eduard Mane, rəssam Bert Morissoo, bəstəkar Klod Debüssi, bəstəkar Qabrile Fore, İran şahının qızı Leyla Pəhləvi və digərləri dəfn olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR