İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası yeni qərarlar qəbul edib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası yeni qərarlar qəbul edib
# 23 dekabr 2013 08:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri dörd məsələ ətrafında müzakirələr aparıblar.

RİTN-dən «APA-Economics»ə verilən məlumata görə, iclasın gündəliyinə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitlərinin yerləşdirilməsində iştirak edəcək yeni müvəkkil kredit təşkilatları və bankların təklifləri, müvəkkil təşkilatlarla fond arasında bağlanılan nümunəvi müqavilələrə edilən dəyişikliklər, qrant müsabiqələrində iştirak edən layihələrin seçim meyarları və bundan öncə artıq qəbul edilmiş sənədlərdə texniki dəyişikliklərin edilməsi məsələləri müzakirə edilib.

Sonda banklarla və ya müvəkkil kredit təşkilatları ilə Fond arasında başlanılacaq nümunəvi müqavilənin formasında, qrant müsabiqələrinin keçirilməsi qaydalarına texniki dəyişikliklərin edilməsi və gündəlikdə duran digər məsələlərlə bağlı yekdilliklə müsbət qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR